Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya şöhrətli musiqiçi vəfat etdi

Dünya şöhrətli musiqiçi vəfat etdi

Tarix: 28 Iyul 2023 23:25

Məşhur "The eagles" qrupunun qurucusu, əfsanəvi basçı və bek-vokalçı Rendi Meysner vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 77 yaşlı sənətçi xroniki obstruktiv ağciyər xəstəliyindən Los-Ancelesdə dünyasını dəyişib.

Qeyd edək ki, Meysner qrupu 1971-ci ildə Don Henley, Qlenn Fray və Bern Leadonla birlikdə qurub. "Desperado", "On the border", "One of these nights" və "Hotel California" albomlarına tövhə verən ifaçı 6 il sonra qrupdan ayrılıb.

Milli.Az


Etiketlər:  Dünya şöhrətli musiqiçi vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ