Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2023 06:08
Ruslar anladılar ki, hazırda ekzistensial mübarizə gedir və bu mübarizədə uduzsalar, Qərb Rusiya hökumətini əvəz edə və ölkənin bütün resurslarına çıxış əldə edə bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Pentaqonun rəhbərinin sabiq müşaviri Duqlas Makqreqor deyib.
"Hazırda Rusiya pravoslavlığa əsaslanan güclü mədəni kimliyə malik millətçi dövlət kimi görünür. Bundan əlavə, ölkə mineral və kənd təsərrüfatı məhsullarının ən zəngin ehtiyatlarına malikdir. Əgər siz Rusiyaya girib hakimiyyəti devirə bilsəniz, onu dağıda və dəyişdirə bilərsiniz. Onda bütün bu resurslara çıxışınız olacaq. Düşünürəm ki, ruslar bunu başa düşdülər və buna görə də bunun həqiqətən qalib gəlməli olduqları ekzistensial mübarizə olduğuna qərar verdilər", - Makqreqor bildirib.