Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Estetik etdirmədiyini dedi, arxiv FOTOları üzə çıxdı

Estetik etdirmədiyini dedi, arxiv FOTOları üzə çıxdı

Tarix: 31 Iyul 2023 22:54

Türkiyəli model Özgə Ulusoy son açıqlamasına görə tənqid olunub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa gözəllik sirrini bölüşüb və təbii yollarla formada qaldığını bildirib:

"Məni tənqid edənlər daha sonra mesaj yazaraq hansı estetik prosedurlardan keçdiyimi soruşurlar. Öncə bildirim ki, estetik etdirməmişəm, çox araşdırıram. Nə qədər bu tip şərhlər yazılsa da, öz təbii halımdan yetəri qədər məmnunam. Yediyimə, içdiyimə, yuxu rejimimə çox diqqət göstərirəm. Gün ərzində içdiyiniz suyun miqdarı belə dərinizə, dırnağınıza, saçınıza təsir edir. Botoks etdirirəm. Yeni mezoterapiyaları izləyirəm. Evdə maskalar edirəm. Məncə gözəllik sağlam və yaxşı olmaqdır". 

Sosial media izləyiciləri aktrisanın köhnə şəkilləri ilə yeni halını qarşılaşdıraraq estetiklərini müzakirəyə qoyublar.


Etiketlər:  Estetik etdirmədiyini dedi arxiv FOTOları üzə çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ