Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Marketlər çəkilmiş əti alıcıya niyə ucuz təklif edir? - VİDEO

Marketlər çəkilmiş əti alıcıya niyə ucuz təklif edir? - VİDEO

Tarix: 2 Avqust 2023 21:30

Azərbaycanda farşın qiyməti təmiz ətin qiymətindən daha ucuz satlmaqdadır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ətin 1 kiloqramının qiyməti 15-17 manat arasında dəyişir. Çəkilmiş mal ətinin kiloqramı 10 manat 99 qəpik, dana ətinin farşı isə 13 manat 27 qəpiyə təklif edilir.

Hazırda bəzi supermarketlərdə farş ətin özündən 25-30 faizə qədər ucuz satılır. \

"Hazır və sümüksüz farş əgər keyfiyyətlidirsə, ətin özündən necə ucuz satıla bilər?"

İstehlakçılar farşla ətin qiyməti arasındakı fərqi birmənalı qarşılamır. Onlar mağazalarda satılan çəkilmiş ətin keyfiyyətinə şübhə ilə yanaşdıqlarını deyirlər.

Qida eksperti Asim Vəliyevin sözlərinə görə, farşa əlavə qatqılar vurulduğuna görə daha ucuz satılır.

"Ekspert istehlakçılara hazır çəkilmiş ət almamağı tövsiyə edir."

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qiymənin heyvanın nisbətən ucuz hissələrindən əldə olunan və sümüklərdən mexaniki yolla ayrılmış ətlərdən, eyni zamanda heyvan yağından hazırlandığı üçün heyvanların digər hissələrindən əldə olunmuş ətlərlə müqayisədə ucuz olması anlaşılandır.

''Ət və ət məhsulları yüksək risk daşıyan məhsullar olduğundan Agentlik tərəfindən bu sahədə mütəmadi olaraq nəzarət tənzimləmə tədbirləri həyata keçirilir.

Əgər istehlakçılarda bu kimi məhsulların təhlükəsizliyinə hər hansı şübhə yaranarsa, bu barədə Agentliyin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Marketlər çəkilmiş əti alıcıya niyə ucuz təklif edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ