Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2023 07:16
Polşanı iki Belarus helikopterinin ölkənin hava məkanını pozduğu iddiası ilə əlaqədar vəziyyəti gərginləşdirməməyə və sakitləşməyə çağırırıq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, məsələ ilə bağlı Polşanın Belarusdakı müvəqqəti işlər vəkili Martin Voyçexovski nazirliyə dəvət olunub:
"Diplomata məlumat verilib ki, Polşa rəsmilərinin avqustun 1-də Belarusa məxsus iki helikopterin hava məkanını pozması barədə tələsik bəyanatları Belarusun keçirdiyi hərtərəfli yoxlamanın nəticələri ilə təsdiqini tapmayıb. Sübut olaraq, helikopterlərin uçuş marşrutuna obyektiv nəzarətdən əldə edilən məlumatlar nümayiş etdirilib".