Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğlu ilə istirahəti ''burnundan gəldi'' - VİDEO

Oğlu ilə istirahəti ''burnundan gəldi'' - VİDEO

Tarix: 3 Avqust 2023 23:00

Müğənni Kərim Abbasov ailəsi ilə birlikdə istrahətə yollanıb. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi dincəlmək üçün Misirin istirahət mərkəzi olan Şarm-Əl-Şeyxi seçib. Oğlu Yusiflə görüntülərini instaqram səhifəsində paylaşan Kərim bunları yazıb:

"Ailəmlə birlikdə... At kimi qaçıb, köpək kimi çalışıb və şah kimi dincəlməyə haqqım var. Kaş ki, mənim də atam mənimlə bu qədər səbrlə davranıb, bu qədər öpüb, qayğıma qalardı. Mənim gördüyüm palaz çırpan, oxlov, pol taxtası, milçək öldürən... Hamısı da belimdə qırılıb".

İfaçı daha sonra oğlundan şikayətlənərək "Əgər istəyirsən ki , istirahətin burnundan gəlsin Yusifi özünlə apar. Zalım oglu kaprizləri ilə dincəlməyini məhv edəcək. Əsəbdən gülürəm" sözlərini əlavə edib. 



Etiketlər:  Oğlu ilə istirahəti burnundan gəldi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ