Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Soyunub geyinmə otağımda qəlyançılar olmalıdır''

''Soyunub geyinmə otağımda qəlyançılar olmalıdır''

Tarix: 5 Avqust 2023 17:50

Rus mediası məşhur reper Ciqanın dəvətlərə qatılmaq üçün tələb etdiyi rayderi yayımlayıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, musiqiçi dəvət alarkən böyük bir siyahı təqdim edilir. əgər təşkilatçı razılaşarsa, o zaman Ciqan dəvəti qəbul edir. 

Reperin ilk tələbi avtoqraf verməmək, foto çəkdirməməkdir. Əgər təyyarəyə minirsə, mütləq biznes-klass olmalıdır. Onu qarşılamaq üçün "Maybach" markalı avtomobil gəlməlidir. Özü də ili 5 ildən çox olmamalıdır. Sürücü sakit olmalı, onunla danışmamalıdır. Avtomobilin içərisi dəridən olmalıdır.

Soyunub-geyinmə otağında Ciqanın iki qəlyanı və onu hazırlayan şəxs olmalıdır. Qəhvə, meyvə və şirələr, toyuq, tərəvəz, pendir, müxtəlif növ sendviçlər, çərəz masaya qoyulmalıdır. Yeməklərdə donuz əti olmamalıdır. Avtomobildə spirtli içkilər mütləqdir. Eyni zamanda kürü qoyulmalıdır. Beşulduzlu oteldə ən lüks otaqda qalmalı və otağı qırmızı rəngdə olmalıdır. Otağın yanındakı beş otaq da bron edilməlidir. Bu, onun işçiləri üçündür. Eyvanın olması isə mütləqdir. Reperin cangüdənləri olmalıdır. Səhər yeməyi otağa gətirilməlidir. 


Etiketlər:  Soyunub geyinmə otağımda qəlyançılar olmalıdır


RƏYLƏR