Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveç Quranın yandırılması ilə bağlı mövqeyini açıqlayıb

İsveç Quranın yandırılması ilə bağlı mövqeyini açıqlayıb

Tarix: 6 Avqust 2023 16:12

İsveçin xarici işlər naziri Tobias Billström krallıqda Qurana qarşı təxribat xarakterli hərəkətlər fonunda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin səfirləri ilə danışıqlar aparıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, məlumata görə, tədbir çərçivəsində diplomat Stokholmun bu cür nümayişlərlə bağlı mövqeyini açıqlayıb.

"Etimadın bərpası tez başa gələn bir məsələ deyil. Mandatımın əhəmiyyətli bir hissəsini müsəlman ölkələri ilə münasibətlərin qurulmasına həsr edəcəyəm. Bu ölkələrə sentyabr ayında səfər etmək niyyətindəyəm. Onları söhbət və dialoqa dəvət edəcəyik", - deyə Billström səfirlərlə görüşdən sonra bildirib.

O əlavə edib ki, İsveç hakimiyyəti Qurana zidd hərəkətləri pisləyir və krallığın bu cür nümayişlərin təşkilinə icazə verən qanunvericiliyinin dəyişdirilməsini nəzərdən keçirməyə hazırdır. Billström səfirlərlə görüşün müsbət mənada keçdiyini vurğulayıb.

Qeyd edək ki, iyunun 28-də İsveçdə Quranın yandırılması ilə bağlı aksiya keçirilib və bu aksiya müsəlman dövlətlərinin etiraz və qınaq zəncirinə səbəb olub.


Etiketlər:  İsveç Quranın yandırılması ilə bağlı mövqeyini açıqlayıb


RƏYLƏR