Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisinin hücumçusu "Bazel"ə qol vurub

Azərbaycan millisinin hücumçusu

Tarix: 6 Avqust 2023 20:34

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov çıxış etdiyi İsveçrə "Qrasshopper"ində növbəti qolunu vurub.

Milli.Az "report"a istinadən bildirir ki, 24 yaşlı hücumçu evdə "Bazel"ə qarşı keçirilən ölkə çempionatının III tur oyununda fərqlənib.

Forvard 37-ci dəqiqədə - hesab 2:1 komandasının xeyrinə olarkən rəqib qapısına yol tapıb. Bu, ilk hissədə vurulmuş sonuncu qol olub.

Qeyd edək ki, hazırda görüşdə fasilədir. "Qrasshopper" ilk hissədən sonra hesabda öndədir - 3:1.

Milli.Az


Etiketlər:  Azərbaycan millisinin hücumçusu Bazelə qol vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ