Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveç hakimiyyəti öz öhdəliklərini yerinə yetirməlidir - AKP sədr müavini Ömər Çelik

İsveç hakimiyyəti öz öhdəliklərini yerinə yetirməlidir - AKP sədr müavini Ömər Çelik

Tarix: 7 Avqust 2023 11:44

İsveç hakimiyyəti öz öhdəliklərini yerinə yetirməlidir.

Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və partiya sözçüsü Ömər Çelik bildirib.

"PKK terror təşkilatı tərəfdarlarının Stokholmda Türkiyəni və prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təxribatını, İsveç rəsmilərinin bu təxribata göz yummasını şiddətlə qınayırıq. İsveç hakimiyyəti öz öhdəliklərini yerinə yetirməlidir", - o qeyd edib.

Qeyd edək ki, iyunun 28-də İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki məscid yaxınlığında Quran yandırma aksiyası keçirib. Bundan başqa, Momika iyulun 20-də İraqın Stokholmdakı səfirliyinin qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb.


Etiketlər:  İsveç hakimiyyəti öhdəliklərini yerinə yetirməlidir sədr müavini Ömər Çelik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ