Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Natali Portman boşanır - FOTO

Natali Portman boşanır - FOTO

Tarix: 7 Avqust 2023 13:55

Hollivud ulduzu Natali Portman boşanma qərarı alıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, həyat yoldaşı Benjamin Milpenin xəyanətini bağışlamayıb. Belə ki, Benjaminin yayın əvvəlində fransız xoreoqrafı və eko-aktivist Kamil Etyen ilə münasibəti məlum oldu.

Bütün səylərə baxmayaraq, deyəsən, nikahı xilas etmək mümkün olmayıb. Bu yaxınlarda paparassilər Portmanı nikah üzüyü olmadan çəkiblər.

Qeyd edək ki, Natali ilə Benjamin arasında problemlərin olduğu aktrisanın Kann Film Festivalına tək qatılmasından sonra yaranıb. Lakin cütlük bir müddət sonra Beyonsun konsertində və şam yeməyində səmimi görüntüləniblər.

Cütlüyün Alef və Amaliya adlı iki övladı var.

Milli.Az


Etiketlər:  Natali Portman boşanır FOTO


RƏYLƏR