Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin sonuna kimi 4 avtomobilin istehsalı dayandırılacaq

İlin sonuna kimi 4 avtomobilin istehsalı dayandırılacaq

Tarix: 28 Oktyabr 2019 10:12

Bakı. Elnur Bağışov - Trend:

İran bu ilin sonuna kimi və gələn ilin əvvəllərində 4 avtomobilin istehsalını dayandıracaq.

Trend-in məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani deyib.

R.Rəhmaninin sözlərinə görə, benzinlə işləyən “Peugeot 405 GLX” avtomobilin istehsalı ilin sonuna kimi dayandırılacaq.

Nazir əlavə edib ki, “Pride” markalı avtomobilin istehsalı da dayandırılacaq.

2-ci növ “Pride” markalı avtomobilin istehsalı isə gələn il dayandırılacaq.

İranlı nazir bu qərarın keyfiyyətin yüksəldilməsi və vətəndaşların razılığını artırmaq məqsədilə verildiyini deyib.

R.Rəhmani deyib ki, istehsalı dayandırılacaq avtomobillərin yerinə yeni avtomobillər istehsal olunacaq.

Qeyd edək ki, İranın yol polisi bir sıra avtomobillərə dövlət nömrə nişanının verilməsinin dayandırılacağını elan edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İlin sonuna kimi avtomobilin istehsalı dayandırılacaq


RƏYLƏR