Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Antalya hava limanından iki rekord

Antalya hava limanından iki rekord

Tarix: 7 Avqust 2023 18:34

Turizm mövsümünün davam etdiyi Antalyada hava nəqliyyatında da sıxlıq müşahidə olunur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Antalya valisi Ersin Yazıcı sosial media hesabında hava limanında olan təyyarə və sərnişinlərin sayını paylaşıb.

Bu həftə hava limanının iki rekordu qırdığını bildirən Yazıcı, aeroportdan 127-si daxili, 1063-ü beynəlxalq aviareys olmaqla, 1190 təyyarənin enib-qalxdığını bildirib.

O, həmçinin hava limanının günlük ən yüksək sərnişin sayına çatdığını da qeyd edib. Yazıcının sözlərinə görə, aeroport 214 min 919 sərnişinə xidmət göstərib ki, onlardan 20 min 795-i daxili, 194 min 124-ü isə beynəlxalq aviareyslərin sərnişinləri olub.

Milli.Az


Etiketlər:  Antalya hava limanından iki rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ