Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2023 18:34
Ötən gecə Rusiya paytaxtı Moskva şəhəri yaxınlığında sürücü "BMW" markalı avtomobili ilə pilotsuz uçuş aparatını (PUA) vurub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, sükan arxasında "Trast Bank"ın menecerlərindən birinin olduğu bildirilir. PUA-nı vuran şəxs polis çağırıb.
Polis tərəfindən PUA-ya baxış keçirildikdən sonra onun peşəkar videoçəkiliş üçün nəzərdə tutulmuş "DJI Mavic Pro" olduğu müəyyən edilib.
Avtomobilin sürücüsü özü xəsarət almayıb, maşının isə buferi cızılıb.
Hazırda hüquq-mühafizə orqanları pilotsuz uçuş aparatının sahibini axtarır.