Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızları xilas edərkən boğulub ölən oğlanın FOTOsu

Qızları xilas edərkən boğulub ölən oğlanın FOTOsu

Tarix: 9 Avqust 2023 13:30

Xəbər verdiyimiz kimi, ötən gün Lənkəranda gənc oğlan və yeniyetmə qız dənizdə boğulub.

Sonxeber.net Qafqazinfo-ya istinadən xəbər verir ki, faciəvi şəkildə ölənlər 22 yaşlı Ramin Məmmədzadə və 15 yaşlı Aysu Qəhrəmanzadədir.

Məlumata əsasən, A.Qəhrəmanzadə ilə birgə 20 yaşlı xalası qızı Zeynəb Əliyeva da boğulmaq üzrə olub.

Həmin vaxt dənizdə olan Ramin Məmmədzadə köməyə getsə də, yalnız Zeynəbi xilas edə bilib. R.Məmmədzadə və yeniyetmə Aysun boğularaq ölüblər.

R.Məmmədzadənin idmançı olduğu bildirilir.


Etiketlər:  Qızları xilas edərkən boğulub ölən oğlanın FOTOsu


RƏYLƏR