Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2023 13:42
Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Böyük Britaniyada 25 milyon dollarlıq əmlakı müsadirə edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya hökumətinin korrupsiya və irimiqyaslı dələduzluq əməllərinin təhqiqatı üzrə departamenti (Seriuos Fraud Office - SFO) məlumat yayıb.
Kərimovanın müsadirə olunmuş əmlaklarına Londonun Belqraviya bölgəsində yerləşən iki mənzil və Surrey qraflığındakı malikanə daxildir.
Qeyd olunub ki, Kərimova 2004-2012-ci illərdə telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxmağa kömək etmək üçün yüz milyonlarla dollar rüşvət alıb.
SFO-dan bildirilib ki, Böyük Britaniyada korrupsiyanın kökünü kəsmək üçün davam etdirilən işlərdə irəliyə doğru bir addım olacaq.