Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aydın Xırdalanlının anası: "İstəmirdim meyxanaçı olsun" - VİDEO

Aydın Xırdalanlının anası:

Tarix: 9 Avqust 2023 20:00

"Mən özüm şəxsən meyxananı istəmirdim. Çox bəyənmirdim. Amma qulaq asırdım. Aydın toylara gedəndə axı belə telefonlar yox idi mən onun meyxanalarına quıaq asım... Hərdən qohum-əqrabada olanda maraqlanırdım".

Milli.Az xəbər verir ki, bu sözləri "Maqazin plus"a açıqlamasında mərhum meyxanaçı Aydın Xırdalanlının anası Bikə xanım deyib. Bikə xanım bildirib ki, nə o nə də həyat yoldaşı Aydının meyxanaçı olmağını istəməyiblər:

"Amma istəmirdim meyxanaçı olsun. Atası ümumiyyətlə istəmirdi. Toya gedəndə gedirdi oradan çıxardırdı. Deyirdim ki "ürəyi istəyir qoy desin". Deyirdi ki "Yox mən imkan vermərəm ki, o meyxana desin"".

Qeyd edək ki, meyxanaçı Aydın Xırdalanlı 2019-cu ilin martın 23-də vəfat edib. O uzun sürən xəstəlikdən sonra həyatını itirib.

Milli.Az


Etiketlər:  Aydın Xırdalanlının anası İstəmirdim meyxanaçı olsun VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ