Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu məhsullar ucuzlaşdı - SİYAHI

Azərbaycanda bu məhsullar ucuzlaşdı - SİYAHI

Tarix: 10 Avqust 2023 15:00

İyulda əvvəlki aya nisbətən ərzaq mallarında 1,6 faiz ucuzlaşma qeydə alınıb. 

Sonxeber.net sfera.az-a istinadla xəbər verir ki, ət və ət məhsulları istisna olmaqla bütün əsas ərzaq mallarında qiymətlər enib. 

Ən çox ucuzlaşma tərəvəz məhsullarında müşahidə olunub. Tərəvəzlərin qiymət səviyyəsi 6,6 faiz düşüb. 

Tərəvəzlərdən badımсan, xiyar, pomidor, göy lobya, soğan və kartofun qiyməti enib.

Ucuzlaşma sürəti böyük olan məhsullar arasında meyvələr də var. Bir ayda meyvələrin qiymət səviyyəsi 2,8 faiz azalıb. 

Meyvələrdən üzümün, bananın, armudun, gavalının qiyməti azalıb. 

Tərəvəz və meyvədan başqa yumurtanın qiyməti 1,7 faiz, çörəyin qiyməti 1,1 faiz, yağların dəyəri 1,1 faiz enib. 

Ərzaq mallarından yalnız ət və ət məhsulları bahalaşıb. Bu qrup malların qiymətində 0,2 faiz artım qeydə alınıb. 


Etiketlər:  Azərbaycanda məhsullar ucuzlaşdı SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ