Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yuxarı Qarabağ Kanalının daşmasının səbəbi bilindi - VİDEO

Yuxarı Qarabağ Kanalının daşmasının səbəbi bilindi - VİDEO

Tarix: 11 Avqust 2023 15:56

Bir müddət əvvəl Yuxarı Qarabağ kanalında baş verən texniki problemlər səbəbindən yaranan su daşmaları ətraf ərazilərdə ciddi fəsadlar törətdi.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, hətta bəzi mütəxəssislər bu kanalda baş verəcək ciddi nasazlığın ətrafda yerləşən bəzi rayonları  təhlükə altında qoya biləcəyini bildirir.

Coğrafiya İnsititunun şöbə müdiri Ənvər Əliyev deyir ki, Yuxarı Qarabağ kanalında baş verən daşma kanalın artıq istifadəyə yararsız olması ilə bağlıdır.

Ənvər Əliyev deyir ki, Azərbaycanda su təsərrüfat sistemlərinin yenidən qurulmasına ciddi ehtiyac var. Bununla bağlı dövlət proqramı hazırlanmalıdır. O bildirir ki, xüsusilə bu sahədə İsrailin təcrübəsindən yararlanmaq olar.

Müsahibimiz bildirir ki, bu yenidənqurma baş verərsə, həm su itkiləri minimum enər, həm də qıtlıq aradan qalxar. Üstəlik xüsusilə kənd təsərrüfatı sahəsi yenidən inkişaf edər və Azərbaycan xüsusilə bir sıra vacib ərzaq məhsullarının təminatını yüksəldə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Yuxarı Qarabağ Kanalının daşmasının səbəbi bilindi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ