Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“A-Qrup Sığorta"nın lisenziyasının qüvvəsi məhdudlaşdırıldı

“A-Qrup Sığorta

Tarix: 11 Avqust 2023 17:48

Azərbaycan Mərkəzi Bankı (AMB) "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq, "A-Qrup Sığorta" ASC-nin könüllü müraciəti əsasında onun lisenziyasının qüvvəsini məhdudlaşdırıb.

Bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, buna səbəb şirkətə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növü üzrə verilmiş icazələrin ləğv edilməsidir.

Qanuna əsasən, sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir. Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatana qədər və yaxud onlara Mülki Məcəllədə nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənə qədər yerinə yetirməlidir.

Milli.Az


Etiketlər:  A Qrup Sığortanın lisenziyasının qüvvəsi məhdudlaşdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ