Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2023 08:44
Ümumi (9 illik) orta təhsil bazasından kolleclərin xüsusi qabiliyyət tələb etməyən ixtisaslarına qəbul planı 99,97 faiz dolub.
Bu barədə Sonxeber.net-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üçün qəbul planı 9201 yer olub. Azərbaycan bölməsi üzrə 8921, rus bölməsi üzrə 277 nəfər olmaqla cəmi 9198 nəfər qəbul olub.
Xatırladaq ki, abituriyentlər avqustun 14-ü saat 15:00-dan avqustun 23-ü saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçmək lazımdır.