Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə vətəndaşlara unikal fərdi identifikator veriləcək

Bu ölkədə vətəndaşlara unikal fərdi identifikator veriləcək

Tarix: 12 Avqust 2023 16:32

Tanzaniya Prezidenti Samiya Suluhu Hassan inklüziv rəqəmsal iqtisadiyyata keçid barədə fərman imzalayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ənədə əsasən, beş əsas direktiv, o cümlədən hər bir vətəndaşa məcburi qaydada unikal fərdi identifikatorun verilməsi nəzərdə tutulub.

Unikal fərdi identifikator doğum anından etibarən hər bir tanzaniyalıya veriləcək və insanlara ölkə daxilində tələb olunan bütün xidmətlərdən istifadə etməyə imkan verəcək nömrədir. Vahid məlumat bazasına, məsələn, xəstəxananın adı, doğum vaxtı, cinsi, çəkisi və s. daxil ediləcək.

Bu xüsusi nömrə ilə hər hansı bir qurum - banklar, səhiyyə təşkilatları və məktəblər fərdi məlumatlara çıxış əldə edəcək.
Prezident müxtəlif qurumların məlumat bazalarında müxtəlif fərdi məlumatların yer aldığı hazırkı vəziyyəti nəzərə alaraq, bunu ölkənin təhlükəsizliyinə ziyan vuran hal kimi qiymətləndirib.

"Biz kimin kim olduğunu bilmək istəyirik. Bu, insanların identifikasiyasını asanlaşdırmağa kömək edəcək, həmçinin təsdiqedici sənədlər zəncirini tapmaqdakı çətinlikləri azaldacaq", - deyə dövlət başçısı bildirib.


Milli.Az


Etiketlər:  Bu ölkədə vətəndaşlara unikal fərdi identifikator veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ