Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 13 Avqust 2023 17:24
Serbiya prezidenti Aleksandar Vuçiç eynicinsli nikahlar və üç cins haqqında qanunları imzalamayacağını bildirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, o, bu barədə TV Pink telekanalında məlumat verib.
Onun sözlərinə görə, Serbiya cəmiyyəti "ənənəvidir" və Aİ "buna görə Serbiyaya hücum edir".
"Əla - məni günahlandırın... Mən buna imkan vermədim" dedi.
Vuçiç bir müddət əvvəl ABŞ-ın Bosniya və Herseqovinanın Srpska Respublikasının siyasi rəhbərliyinə qarşı sanksiyaları fonunda Qərbin ikiüzlülüyünün və ikili standartlarının güclənməsindən danışıb.
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    