Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada müharibə nəticəsində 500 uşaq həlak olub

Ukraynada müharibə nəticəsində 500 uşaq həlak olub

Tarix: 13 Avqust 2023 20:34

Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində Ukraynada 500 uşaq həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, müharibə nəticəsində Ukraynada 1597-dən çox uşaq zərər çəkib, 500 uşaq həlak olub, 1097-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu, yekun rəqəmlər deyil. Zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, müvəqqəti tutulmuş və azad edilmiş ərazilərdə işlər davam etdirilir.

Uşaqların ən çox Donetsk (485), Xarkov (298), Kiyev (129), Xerson (118), Nikolayev (97), Zaporojye (99), Çerniqov (71) və Luqansk (67) vilayətlərində zərər çəkdiyi bildirilir.

Milli.Az


Etiketlər:  Ukraynada müharibə nəticəsində uşaq həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ