Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2023 17:34
"Gələcəkdə Rusiya və Belarusun NATO ilə birbaşa hərbi toqquşma ehtimalı var. Bu ehtimal getdikcə artır".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında deyib.
Onun sözlərinə görə, Qərb ölkələrində hərbi hazırlıq intensiv olaraq davam edir: "Qərbin genişmiqyaslı müharibəyə başlamasına mane olan yeganə məqam nüvə silahının tətbiqi təhlükəsidir".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.