Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2019 16:30
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 4765 nəfər müraciət edib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, müraciət edənlərin 65 faizi kişilər, 35 faizi qadınlardır.
Onun sözlərinə görə, müraciət edənlərin 80 faizə yaxını ai təhsilli namizədlərdir. M.Pənahov vurğulayıb ki, namizədlərin seçkilərdə iştirakı üçün bütün lazımi şərait yaradılıb.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.