Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşada kütləvi məzarlıqlardan DƏHŞƏTLİ FAKTLAR... - "Əsirlər donuzlara yedizdirilib" - VİDEO

Şuşada kütləvi məzarlıqlardan DƏHŞƏTLİ FAKTLAR... -

Tarix: 16 Avqust 2023 15:00

Ermənistanın işğal dövründə əsir götürdükləri azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin daha bir sübutu üzə çıxıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Zaur İsmayılov bildirib ki, itkin düşmüş şəxslərin müəyyənləşdirilməsi dövlətin prioritetlərindən biridir.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq komissiya bu istiqamətdə fəaliyyətini gücləndirib, onun texniki imkanları da artırılıb.  Ona görə də işğaldan azad edilmiş ərazilərdə mütəmadi axtarış-qazıntı işləri aparılır.

Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev bildirib ki, cəsədlərin Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülərək burada saxlanılan azərbaycanlılara məxsus olması ehtimal edilir.

Ermənistanın əsirlərlə insanlıqdan kənar formada davranmasına Şuşada əsirlikdə olan Həbib Kazımov da şahidlik edib.  O, ömrünün ən gözəl çağında, 19 yaşında, cəhənnəm qalası deyilən Şuşa həbsxanada 1 il 9 ay müddətində işgəncələrə məruz qalıb.

Aşkar edilən kütləvi məzarlıq Ermənistanın çirkin xislətli bir ölkə olduğunu bir daha nümayiş etdirib. Bu ölkə etdiyi vəhşikliklərə görə mütləq cavab verməlidir.

Bu tarix elə də uzaqda deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Şuşada kütləvi məzarlıqlardan DƏHŞƏTLİ FAKTLAR Əsirlər donuzlara yedizdirilib VİDEO


RƏYLƏR