Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə hakim partiyanın 22-ci il şüarı açıqlandı

Türkiyədə hakim partiyanın 22-ci il şüarı açıqlandı

Tarix: 17 Avqust 2023 18:32

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) 22-ci il şüarı açıqlanıb.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyənin Mərkəzi Qərar Şurasının (MKYK) sədri Həmzə Dağ AKP-nin qərargahında mətbuat konfransı keçirib.

"Partiyamız Rəcəb Tayyib Ərdoğanın liderliyində siyasi, sosioloji, iqtisadi qeyri-sabitlik və xaosun hökm sürdüyü bir vaxtda millətin tək ümidi oldu. 22 illik fəaliyyət müddətində Türkiyədə heç nə əvvəlki kimi olmadı, hər problemi həll etməyi bacardıq. 22 il ərzində bir çox bəlaları, zəfərləri və xidmətləri geridə qoyduq", - deyə Həmzə Dağ bildirib.

Həmzə Dağ qeyd edib ki, AKP-nin 24 avqustda nazirlərin, partiya üzvlərinin, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədrlərinin və qurucu üzvlərin iştirakı ilə quruluş ildönümü keçiriləcək. 22-ci ilin əsas şüarı isə "22 yaşlı AKP hər zaman həqiqət üçün çalışacaq" olacaq.


Etiketlər:  Türkiyədə hakim partiyanın şüarı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ