Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2023 19:24
Rusiyanın Vladimir şəhərində iaşə məntəqələrinə gələn 17 nəfər şaurmadan zəhərlənib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un Vladimir vilayəti üzrə departamenti məlumat yayıb.
Belə ki, 17 nəfərdə kəskin bağırsaq infeksiyası faktı ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlanılıb.
Qurum mütəxəssisləri nümunələr götürmək və əlavə laboratoriya müayinələri aparmaq üçün iaşə obyektlərinə gediblər.
Zəhərlənmə faktları ilə bağlı Vladimir vilayətinin prokurorluğu digər iaşə obyektlərində də yoxlamalar təşkil edib.