Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2023 10:40
Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Özbəkistana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz azaldaraq, 26,1 milyon dollara çatdırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyul ayında Türkiyə Özbəkistana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 3,8 faiz azaldaraq, 4,4 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq, 8,3 milyard dollara çatıb.
Bu ilin iyul ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 27,2 faiz azdır.
Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində polad məhsulları ixrac edib.