Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2023 12:10
Avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Oğlu şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu, 2000-ci il təvəllüdlü Faiq Qurbanov Bakı şəhərində saxlanılaraq istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.