Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nigerə hərbi müdaxilənin vaxtı təyin olunub

Nigerə hərbi müdaxilənin vaxtı təyin olunub

Tarix: 18 Avqust 2023 23:50

Qərbi Afrika İqtisadi Birliyi Nigerdəki üsyançılara qarşı əməliyyatın başlama tarixini təyin edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu sülh və icma təhlükəsizliyi üzrə komissar Abdel Fatau Musah deyib.

Onun sözlərinə görə, əməliyyatın başlanma tarixi açıqlanmayacaq. Komissar vurğulayıb ki, Qərbi Afrika İqtisadi Birliyinə üzv olan ölkələr Nigerdəki üsyançılarla sonsuz dialoq aparmaq niyyətində deyil.

"Qərargah rəisləri Nigerdə ​​hərbi əməliyyat planı üzərində razılığa gəliblər. Birlik ölkələri Nigerdə ​​konstitusiya qaydasını mümkün qədər tez bərpa etmək niyyətindədir".

Milli.Az


Etiketlər:  Nigerə hərbi müdaxilənin vaxtı təyin olunub


RƏYLƏR