Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətəndaşlara XƏBƏRDARLIQ... - Bunu etsəniz DYP cərimə edəcək - VİDEO

Vətəndaşlara XƏBƏRDARLIQ... - Bunu etsəniz DYP cərimə edəcək - VİDEO

Tarix: 19 Avqust 2023 17:12

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı belə şəxslərə xəbərdarlıq edib.

Bildirilib ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edirlər. Amma bu sonradan bədbəxt hadisələrə səbəb ola bilər.

Sürücülər də avtomobillərin azyaşlılara həvalə edilməsini kəskin qınayırlar.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu cür faktlar yol polisi tərəfindən aşkar edildikdə, avtomobilin sahibi 60, onu idarə edən şəxs isə 100 manat məbləğində inzibati qaydada cərimə edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Milli.Az


Etiketlər:  Vətəndaşlara XƏBƏRDARLIQ Bunu etsəniz DYP cərimə edəcək VİDEO


RƏYLƏR