Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə ilə Aİ arasında viza liberallaşdırılacaq?

Türkiyə ilə Aİ arasında viza liberallaşdırılacaq?

Tarix: 21 Avqust 2023 14:00

Türkiyə Avropa İttifaqı ilə yeni prosesdə viza liberallaşdırılmasında irəliləyişə nail olmaq istəyir.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, Avropa İttifaqı (Aİ) ilə münasibətlər son iki ayda canlansa da, Türkiyə uzun müddət dalana dirənmiş ən mühüm gündəm mövzularından biri olan viza liberallaşdırılması dialoqunda irəliləyiş görmək arzusundadır.

Bu barədə danışan Aİ Komissiyasının daxili işlər üzrə məsul sözçüsü Anitta Hipper bildirib ki, 16 dekabr 2013-cü il tarixində Avropa İttifaqı (Aİ) və Türkiyə arasında miqrantların deportasiyası və vizasız gediş-gəlişə dair 72 meyardan ibarət saziş imzalanıb.

"İmzalanmış sənəd Avropa İttifaqı ölkələri ərazilərinə Türkiyədən daxil olan qeyri-leqal miqrantları geri göndərmək imkanı verəcək. Eyni zamanda, saziş Türkiyə vətəndaşlarına üç ildən sonra Avropa İttifaqına vizasız gedib-gəlmək imkan yaradacaq. Amma o zaman Türkiyə bu şərtlərdən 66-nı həyata keçirib. 6 meyar isə hələ də yerinə yetirilməyib",- deyə Anitta Hipper qeyd edib.

Aİ-nin məsul sözçüsü vurğulayıb ki, terrorla mübarizə qanununun və cinayət məcəlləsinin, fərdi məlumatların mühafizəsi qanununun və onun təsisatının Aİ standartlarına uyğunluğunun nəzərdən keçirilməsi, Avropa İttifaqına üzv dövlətlərlə məhkəmə əməkdaşlığı sazişinin imzalanması, readmissiya sazişindən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi, EUROPOL ilə əməkdaşlıq sazişinin imzalanması, o cümlədən, Avropa Şurasının GRECO tövsiyələrini yerinə yetirən qanunların təsdiqi yerinə yetirilməyən şərtlərdir.

"Verilən bütün meyarlar yerinə yetirildiyi halda, komissiya Türkiyəyə viza ilə bağlı dəstək verməyə hazırdır",- deyə mətbuat katibi əlavə edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 24-də Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada Türkiyənin gözləntilərini və bunların Aİ tərəfinə çatdırıldığını dilə gətirib.

"Biz Avropa İttifaqına tam üzvlük prosesinin canlandırılması, Gömrük İttifaqı sazişinin yenilənməsi, vətəndaşlarımız üçün viza rejiminin liberallaşdırılması kimi fundamental mövzularda irəliləyiş əldə etmək istəyirik. Ümid edirəm ki, həm ölkəmizin, həm də Avropa İttifaqının marağında olacaq bu addımların müsbət nəticələrini tezliklə görəcəyik", - deyə Ərdoğan bildirib.

Bunun ardınca Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 28-də NATO sammiti zamanı Aİ tərəfi ilə keçirilən görüş nəticəsində viza liberallaşdırılmasının qeydə alınan məsələlərdən biri olduğunu ifadə edib.


Etiketlər:  Türkiyə ilə arasında viza liberallaşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ