Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2023 16:02
Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Türkmənistana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz azaldaraq, 9,4 milyon dollara çatdırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyul ayında Türkiyə Türkmənistana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 23,9 faiz azaldaraq 685,2 min dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 11,5 milyard dollara çatıb.
Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,9 faiz azdır.
Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 20,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.