Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraq əsilli qaçqın çirkin əməli ilə pul qazandı

İraq əsilli qaçqın çirkin əməli ilə pul qazandı

Tarix: 23 Avqust 2023 16:04

İsveçdə Quran yandıraraq  həm müsəlman dünyasının, həm də bu ölkənin reaksiyasını çəkən İraq əsilli qaçqın Salvan Momika çirkin əməli ilə pul qazanır.

Sonxeber.net Medianews.az-a istinadən xəbər verir ki, İsveçin TT xəbər agentliyinə danışan Momika sosial mediada canlı yayımları zamanı pul qazandığını etiraf etsə də, bunu pul üçün etmədiyini iddia edib.

Belə ki, Qurana hücumları zamanı  TikTokdan canlı yayım açan Momika İslamı və bəzi müsəlman liderləri tənqid edən videolar yayımlayır.

Tətbiqdə demək olar ki, hər gün canlı yayımlanan Momikanın videolarını  milyonlarla izləyici izləyir. Canlı yayımda tərəfdarları ona minlərlə hədiyyə göndərirlər.

Momika, canlı yayımdan küllü miqdarda pul qazandığını  söyləyib.

Qeyd edək ki, ölkənin şərqindəki Södertalyedə ötən gün günorta saatlarında Momikaya boks əlcəyi taxan bir şəxs hücum edib. Ətrafdakıların lentə aldığı kadrlarda boks əlcəkli gəncin Momikanı yumruq və təpiklə vurduğu, Momika isə biznes reklamı işarəsi ilə özünü müdafiə etməyə çalışdığı görülüb.


Etiketlər:  İraq əsilli qaçqın çirkin əməli ilə qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ