Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan Putinə ultimatum vermək üçün Rusiyaya gedir

Ərdoğan Putinə ultimatum vermək üçün Rusiyaya gedir

Tarix: 24 Avqust 2023 14:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya Qara dənizdəki vəziyyətlə bağlı ultimatum vermək üçün səfər edəcək.

Milli.Az axar.az istinadən xəbər verir ki, bunu rusiyalı ekspert Mixail Krutixin deyib.

"Təkcə Türkiyə deyil, bir çox ölkə Qara dəniz hövzəsində baş verənlərdən narahatdır. Çünki orada Ukrayna ilə Rusiya arasında qarşıdurma elə bir həddə çatıb ki, nəinki taxıl müqaviləsi ləğv edilib, hətta artıq gəmiçilik, limanlara giriş təhdidləri var və Ukrayna limanları Rusiyanın hücumuna məruz qalır.

Ərdoğanın isə bir mesajı var: bunu dayandırmaq lazımdır. Niyə? Birincisi, eyni Novorossiysk vasitəsilə Qazaxıstanda Çin şirkətləri, İtaliya, Amerika şirkətləri və avropalılar tərəfindən istehsal olunan neft ixrac edilir", - ekspert bildirib.

Milli.Az


Etiketlər:  Ərdoğan Putinə ultimatum vermək üçün Rusiyaya gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ