Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruslarla əlbir olanlar Krımı tezliklə tərk etsinlər - Budanov

Ruslarla əlbir olanlar Krımı tezliklə tərk etsinlər - Budanov

Tarix: 24 Avqust 2023 17:44

İşğalçı hakimiyyətin cinayətlərində iştirak edən vətəndaşlar və ruslar ən yaxşısı Krımı tərk etsinlər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri indi rus hərbçilərini Krımın istənilən yerindən ala bilərlər:

"Krımın hər hansı bir hissəsini hazırda vurmaq imkanımız var. Düşmənə hər yerdə çata bilərik. Düşmənlə əlbir olan vətəndaşlar tezliklə Krımdan çıxsınlar. Gözləyənlər isə hazır olmalı və ilk növbədə kəşfiyyat orqanlarına, daha sonra isə qoşunlar açıq yerə çıxanda kömək etmək üçün hər şeyi etməlidirlər".

Budanov bildirib ki, krımlıların köməyi yarımadanın tez və az itkilərlə işğaldan azad olunmasına gətirib çıxara bilər.


Etiketlər:  Ruslarla əlbir olanlar Krımı tezliklə tərk etsinlər Budanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ