Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2023 22:10
ABŞ hakimiyyəti hesab edir ki, Yevgeni Priqojinin olduğu təyyarə Rusiya ərazisindən buraxılan "yer-hava" sinfinə aid raketlə vurulub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" ABŞ-ın 2 məmuruna istinadla məlumat yayıb.
Adının çəkilməsini istəməyən rəsmilər məlumatın hələ ilkin olduğunu və dəqiqləşdirildiyini vurğulayıblar.
Qeyd edək ki, 23 avqustda Moskvadan Sankt-Peterburqa gedən biznes-jet Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 10 nəfərin hamısı ölüb. Ölənlər içərisində "Vaqner"in rəhbəri Yevgeni Priqojin və "Vaqner"in komandiri Dmitri Utkin də var.