Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stadionda izdiham:12 ölü, 80 yaralı var

Stadionda izdiham:12 ölü, 80 yaralı var

Tarix: 26 Avqust 2023 08:20

Madaqaskarda "Hind Okeanı Adaları Oyunları"nın açılış mərasimində izdiham baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 12 nəfər ölüb.

Paytaxt Antananarivoda keçirilən "Hind Okeanı Adaları Oyunları"nın açılış mərasimi zamanı Barea stadionuna girməyə çalışan izdihamda 80 nəfər yaralanıb.

Bildirilib ki, tədbiri izləmək üçün 50 minə yaxın insan eyni vaxtda stadiona daxil olmağa çalışıb.

1977-ci ildən, keçirilən tədbir hər 4 ildən bir baş tutur.

"Hind Okeanı Adaları Oyunları"da Mavrikiy, Şeyşel, Komor Adaları İttifaqı, Mayotta, Reunion və Maldiv adalarından olan idmançılar iştirak edirlər.

Çoxşaxəli yarış olan tədbir sentyabrın 3-dək davam edəcək.

Milli.Az


Etiketlər:  Stadionda izdiham12 ölü 80 yaralı var


RƏYLƏR