Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ayrıldıqdan sonra evlilik təklifi aldım"

Tarix: 26 Avqust 2023 14:00

"Ayrıldıqdan sonra evlilik təklifi aldım. Gedib xaricdə yaşamalı idim. Məni qane edirdi, oğlumun gələcəyi üçün yaxşı idi. Çox şeylər var idi".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib. Aparıcı ilk ailəsi dağıldıqdan sonra aldığı evlilik təklifindən danışıb:

"Gəldim evdə düşündüm: mən getdim, bəs ata və anam? Onlar evlərini, övladını itirib. Dərdli insanlar məni düşünəcək. Xoşbəxtliyimin üzərindən xətt çəkdim. Dedim ki, qarşıma məni xoşbəxt edəcək insan çıxacaq, amma ata-anamı tapmayacağam. Valideynlərimi seçdim. Yaxşıda ki, seçdim. Çünki mən dünyanın ən yaxşı, mərhəmətli insanı, Doğuş bəylə xoşbəxtəm".

Milli.Az


Etiketlər:  Ayrıldıqdan sonra evlilik təklifi aldım


RƏYLƏR