Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev: İlin sonuna qədər Laçında bir neçə min sakin yaşayacaq

Prezident İlham Əliyev: İlin sonuna qədər Laçında bir neçə min sakin yaşayacaq

Tarix: 26 Avqust 2023 15:00

Mayın 28-dən Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev "Laçın Şəhəri Günü" ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı söyləyib.

Bu ilin sonuna qədər bir neçə min həm şəhər sakininin, həm kənd sakininin Laçında yaşayacağını bildirən dövlətimizin başçısı bunun böyük xoşbəxtlik olduğunu deyib: "Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz", - deyə Prezident qeyd edib.

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev İlin sonuna qədər Laçında bir neçə min sakin yaşayacaq


RƏYLƏR