Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun yeni ştamı sürətlə yayılır – Əlamətləri bunlardır – AÇIQLAMA

Koronavirusun yeni ştamı sürətlə yayılır – Əlamətləri bunlardır – AÇIQLAMA

Tarix: 29 Avqust 2023 11:54

Ümumdnya Səhiyyə Təşkilatının son hesabatına əsasən, dünyada koronavirusun "Eris" (EG.5) variantı sürətlə yayılmağa başlayıb. Son 28 gün ərzində dünya üzrə 1,5 milyon insan bu virusa yoluxub.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, omikron ştamının yeni alt növü olan "EG.5" əvəllər yayılan digər növlərdən sürətlə yoluxdurma qabiliyyəti ilə fərqlənir.

Koronavirusun "Eris" variantına Azərbaycanda hələlik rast gəlinməsə də virusun geniş yayılması insanlarda narahatlıq doğurur. Virusun əlamətlərinin nələr olması və qorunmaq yolları hamını maraqlandırır.

Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti Vasif Əliyev real.tv-yə yeni virusun əlamətləri ilə bağlı danışıb: "Yüngül respirator əlamətlərdir. Qrip əlamətləridir. Əzələ ağrıları, tempratur, burun tutulması kimi əlamətlər bu virusa xarakterikdir.

Xətəlik olarsa istirahət rejimi, maye istifadəsi, tempratur olarsa müəyyən dərmanlardan istifadə edilməlidir".


Etiketlər:  Koronavirusun yeni ştamı sürətlə yayılır Əlamətləri bunlardır AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ