Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nyu-Yorkda azan qadağası götürüldü

Nyu-Yorkda azan qadağası götürüldü

Tarix: 30 Avqust 2023 00:12

Nyu-Yorkda məscidlərdə azanın cümə günləri və Ramazan ayında iftar vaxtı ucadan verilməsinə icazə verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı qərarı şəhər meri Erik Adams jurnalistlərə açıqlaması zamanı deyib.

"Biz bürokratiyanı aradan qaldırırıq və açıq şəkildə deyirik ki, əgər siz hər hansı ayin və ya ibadət yerindəsinizsə, cümə namazını daha güclü şəkildə elan etmək üçün icazə almağınıza ehtiyac yoxdur", - deyə Adams bildirib.

Milli.Az


Etiketlər:  Nyu Yorkda azan qadağası götürüldü


RƏYLƏR