Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqəmli transformasiya sahəsində xərclər 2,3 trilyon dollara çatacaq

Rəqəmli transformasiya sahəsində xərclər 2,3 trilyon dollara çatacaq

Tarix: 29 Oktyabr 2019 14:56

“International Data Corporation” (IDC) şirkəti yaxın illərdə müəssisə, təşkilat və biznes prosesləri üçün rəqəmli transformasiya sahəsində xərclərin davamlı artacağını proqnozlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, söhbət rəqəmli transformasiyanı təmin edən müxtəlif texnologiya və servislər üçün xərclərdən gedir.

 

2019-2023-cü illər ərzində sahədə “CAGR” göstəricisinin (mürəkkəb faizlərdə ortaillik artım tempi) 17,1 faiz təşkil edəcəyi gözlənilir. Nəticədə 2023-cü ildə xərclər 2,3 trilyon dollara çatacaq.

 

Analitiklər qeyd edir ki, 2019-cu ildə rəqəmli transformasiyaya maliyyə qoyuluşları baxımından ən böyük region 34,3 faiz payla ABŞ olaraq qalacaq. Başqa sözlə, ümumi xərclərin üçdə bir hissəsi bu ölkənin payına düşəcək.

 

İkinci yeri 20,2 faiz göstərici ilə Qərbi Avropa, üçüncünü isə Çin (18,5 faiz) tutacaq. Analitiklərin fikrincə, Çin 2023-cü ildə ikinci pilləyə yüksələcək.

 

Rəqəmli transformasiya sahəsində ən yüksək xərclər tempini maliyyə sektoru, eləcə də distribusiya və servislər sahəsi nümayiş etdirəcək. Bununla yanaşı, istehsal xərclərin ümumi həcmində 30 faiz payla ən böyük seqment olaraq qalacaq.

 

Nizam Nuriyev




Etiketlər:  Rəqəmli transformasiya sahəsində xərclər trilyon dollara çatacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ