Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi son oyunda azarkeşlərini təəccübləndirdi

Messi son oyunda azarkeşlərini təəccübləndirdi

Tarix: 31 Avqust 2023 15:02

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi ilk dəfə komandanın oyununu qol və ya məhsuldar ötürməsiz keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sözügedən komanda ölkə çempionatında "Neşvil"lə qarşılaşıb. Matçda hesab açılmayıb. Messi start heyətdə oyuna başlayıb və sona qədər meydanda olub.

Xatırladaq ki, forvard bu yay transfer olunduğu "İnter Mayami"nin bütün oyunlarında qol və ya assistlə yadda qalmağı bacarmışdı.

Qeyd edək ki, Messinin komandası hazırda 22 xalla Şərq Konfransının turnir cədvəlində 27-ci yerdədir. "Neşvill" isə 39 xalla 9-cu pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Messi son oyunda azarkeşlərini təəccübləndirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ