Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2023 11:56
ABŞ Müdafiə Nazirliyi Şərqi Avropada dislokasiya olunmuş 4000-ə yaxın hərbi qulluqçusunun vətənə qayıtması imkanını nəzərdən keçirir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə NBC məlumat yayıb.
Məlumata görə, hərbçilərin bölgədə qalma müddəti 2024-cü ildə başa çatır. Buna görə, Pentaqon gələcək fəaliyyət üçün üç variantı - adı çəkilən bölmələrin tam rotasiyası, qismən rotasiyası və ya dəyişdirilmədən vətənlərinə qaytarılması nəzərdən keçirir.
Bildirilir ki, Amerika müdafiə departamentinin bəzi nümayəndələri artıq ABŞ ordusunun Avropada artan kontingentini saxlamağa ehtiyac olmadığını düşünür.