Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan taxıl dəhlizi ilə bağlı təklif paketini Putinə təqdim edəcək

Ərdoğan taxıl dəhlizi ilə bağlı təklif paketini Putinə təqdim edəcək

Tarix: 2 Sentyabr 2023 13:02

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl dəhlizinin fəaliyyətinin yenidən bərpası üçün təklif paketini Rusiya prezidenti Vladimir Putinə təqdim etməsi gözlənilir.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyənin dəstəyi ilə hazırlanan paket BMT tərəfindən də təsdiqlənib.

Məlumata əsasən, təklif paketinə Rusiya gəmilərinin sığorta probleminin həlli, Rusiya banklarının SWIFT-ə qoşulması və Rusiya taxılının heç bir əngəl olmadan daşınması daxildir.

Qeyd edək ki, Türkiyə və Rusiya liderlərinin 4 sentyabr tarixində Soçidə görüşü keçiriləcək. Görüş çərçivəsində Qara dəniz Taxıl Dəhlizi Sazişi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Ərdoğan taxıl dəhlizi ilə bağlı təklif paketini Putinə təqdim edəcək


RƏYLƏR