Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2023 22:44
"Bayer 04" klubunun (Almaniya) nümayəndələri Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi ilə bağlı təəssüratlarını bölüşürlər. Xatırladaq ki, "Bayer" Azərbaycanın "Qarabağ", Norveçin "Molde" və İsveçin "Hekken" klubları ilə oynayacaq.
Sonxeber.net İdman.biz-ə istinadən xəbər verir ki, idman direktoru Simon Rolfes də rəqiblər haqda danışıb:
"İlk növbədə, "Qarabağ"a keçdikdən sonra Andrey Lunyovla görüşü səbirsizliklə gözləyirəm. Sonra Molde və Hekkendə iki Skandinaviya komandası ilə oynayırıq. Onlar o qədər də məşhur olmaya bilər, amma keçən mövsüm "Union Sen-Jilua" göstərdi bu cür komandalar nə qədər yaxşı ola bilər. Şübhəsiz ki, bu, yaxşı qrupdur. Məqsədimiz istənilən rəqibi keçməkdir".