Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənclərdən yeni TREND: “Ağılsız telefonlar” dəbə düşür

Gənclərdən yeni TREND: “Ağılsız telefonlar” dəbə düşür

Tarix: 3 Sentyabr 2023 00:16

ABŞ-da gənclər "ağılsız telefonları" yenidən dəbə salıblar. Söhbət 1990-cı illərdən 2000-ci illərin əvvəllərinə qədər istifadə edilmiş düyməli, sadə telefonlardan gedir.

Sonxeber.net lent.az-a istinadən bildirir ki,  gənclər filifoner adlandırdıqları bu cihazların geniş yayılması üçün sosial şəbəkələrdə hərəkətə keçiblər.

Köhnə telefonların ucuz qiymətə olması onlara olan tələbatı artırıb. Bu telefonların əsas funksiyası zəng edə bilməkdir. Bu da internetdən uzaq qalıb beynini dincəltmək istəyənlər, lakin ətraf aləmlə əlaqəni tamam qopartmaq istəməyənlər üçün yaxşı seçimdir.

Bu baxımdan hazırda sosial şəbəkələrdə #bringbackfliphones (filifonları qaytaraq) həştəqi geniş yayılmaqdadır.


Etiketlər:  Gənclərdən yeni TREND Ağılsız telefonlar dəbə düşür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ